Şərqi Qüdsdə 400 ev “Gilo”, 130 tikili isə “Ramat Şlomo”-da tikiləcək.
Rasthaber Azərbaycan türk mediasına istinadən xəbər verir ki, İsrail işğal altında saxladığı Şərqi Qüdsdə yəhudi mühacirlər üçün 530 yaşayış sahəsi inşa edəcək.
Şərqi Qüdsdə 400 ev “Gilo”, 130 tikili isə “Ramat Şlomo”-da tikiləcək.
Maraqlı məqamlardan biri budur ki, İsrail bu addımı yeni ABŞ prezidenti Co Bayden hakimiyyətə gəlməzdən öncə atıb.
Xatırladaq ki, Binyamin Netanyahu işğal altındakı İordan çayının Qərb sahilində də yəhudi mühacirlər üçün 800 evin inşası qərarını təsdiq edib.