İran tərəfi hücuma cavab verəcəklərini bildirirlər.
Az.rasthaber.com xəbər verir ki, İsrail hava qüvvələri işğal altındakı Qolan təpələrindən İranın Dəməşqdəki səfirlik binasını hədəfə alıb.
SANA-ya görə, binaya ciddi xəsarət dəyib və diplomatik korpusdakı insanların hamısı hədəfə məruz qalıb.
Mehr agentliyi hücum zamanı SEPAH-ın Qüds qüvvələrinin komandirlərindən general Məhəmmədrza Zahidinin şəhid olduğunu açıqlayıb.
İran tərəfi hücuma cavab verəcəklərini bildirirlər.
İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri deyib: “Bu bina F- 35 qırıcıları və 6 raketlə hücuma məruz qalıb . Mən səfirlikdəki iş yerimdə idim”.
Sputnik 4 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını bildirir.