İsrail Dəməşqə zərbələr endirib

İsrail Dəməşqə zərbələr endirib

Dəməşqdə güclü partlayış səslərinin eşidildiyi bildirilir. Yerli mənbələr bildirirlər ki, Dəməşqdə partlayış səsləri eşidilərkən səmada sionist İsrail təyyarələri görünüb

Az.rasthaber.com xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqdə güclü partlayışlar baş verib. Suriyada nəşr olunan “Əl-Vətən” qəzetinin məlumatına görə, partlayış səsləri eşidilərkən Suriyanın cənubunda soyqırımçı İsrail rejiminə aid təyyarələr görünüb.

Məlumata görə, İsrail təyyarələri Dəra əyaləti üzərində uçarkən partlayış səsləri Suriya paytaxtının ətraflarında eşidilib.

Həmçinin bildirilib ki, sionist İsrail təyyarələri Kisvadakı silah anbarını vurub və hücumdan sonra ərazidə yanğın başlayıb.

Xəbəri paylaş

VİDEOLAR