İsrail Çin və İran arasında sazişdən narahat olub

İsrail Çin və İran arasında sazişdən narahat olub

ABŞ-ın prezidenti Cozef Baydendən sonra, İsrail rejimi də İran və Çin arasında 25 illik hərtərəfli əməkdaşlıq müqaviləsindən narahatlığını dilə gətirib.

Rasthaber Azərbaycan İran mediasına istinadən  xəbər verir ki, İsrail rejiminin keçmiş kəşfiyyat rəisi Amos Yadlin, Təl-Əvivin İran ilə Çin arasındakı hərtərəfli əməkdaşlıq müqaviləsindən narahat olduğunu söyləyib.

 Yadlin “Yediot Ahronot” qəzetinə verdiyi açıqlamasında, İsrail rejiminin Çin ilə İran arasındakı strateji tərəfdaşlıq və investisiya razılaşmasından narahat olduğunu söyləyərək, İran ilə Çin arasındakı razılaşmanın birgə hərbi təlimlər, inkişaf araşdırmaları və kəşfiyyat əməkdaşlığını da əhatə etdiyini bildirib: “Bir tərəfdən Çin İranın nüvə silahına sahib olmasına qarşı çıxır, lakin digər tərəfdən bunu dayandırmağa kömək etmir. İranın Çinin Amerikaya təzyiq göstərməsinin qarşısını alacaq siyasi müdafiəsinə də ehtiyac var. Çinlilər Bayden rəhbərliyinin Tramp administrasiyası olmadığını və daha aqressiv ola biləcəyini başa düşürlər”.

Xəbəri paylaş

VİDEOLAR