İsrail BMT Baş Assambleyasında tənqid olundu

İsrail BMT Baş Assambleyasında tənqid olundu

Fələstinlilərin və Colanda yaşayan ərəblərin işğal olunmuş ərazilərdəki təbii sərvətləri üzərində suverenliyi ilə bağlı qətnamə BMT Baş Assambleyası tərəfindən qəbul edilib.

Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, BMT Baş Assambleyası BMT Baş Assambleyasında 156 lehinə və yalnız 7 əleyhinə səslə qətnamə qəbul edib.

Qətnamənin əleyhinə yalnız İsrail, ABŞ, Kanada, Marşal adaları, Mikroneziya, Palau və Nauru nümayəndələri səs verib.

Qətnamədə Fələstin xalqının, eləcə də Colanda yaşayan ərəb əhalisinin onun təbii sərvətləri, o cümlədən torpaq, su və enerji üzərində ayrılmaz hüququ vurğulanır.

Qətnamədə, həmçinin işğalçı dövlət kimi İsraildən işğal olunmuş ərazilərdə təbii sərvətlərin qeyri-qanuni istismarını dayandırmağa və bu ərazilərdə ətraf mühitin mühafizəsinə qarşı tədbirlərdən qəti şəkildə çəkinməyə çağırılır.

BMT Baş Assambleyasının 2021-ci ildə qəbul etdiyi qətnamələrin ümumi sayından 14-ü İsrailin pislənməsi, 5-i isə dünyanın digər regionları ilə bağlı olub.

Xəbəri paylaş

VİDEOLAR