İsrail rejiminin baş naziri Naftali Bennet Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, Bennet Türkiyədə prezident iqamətgahının şəkillərini çəkdiklərinə görə casusluqda ittiham edilərək həbs edilən 2 İsrail vətəndaşının azad edilərək geri qaytarılmasındakı iştirakına görə Ərdoğana təşəkkür edib.
“Baş nazir Naftali Bennet ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışığı baş tutub. Baş nazir Bennet Natali və Mordi Okninlərin İsrailə qaytarılmasında şəxsən iştirak etməsinə görə prezident Ərdoğana təşəkkür edib”, - deyə qeyd edilib.
Xatırladaq ki, İsraildən gələn ər-arvad Ərdoğanın iqamətgahını çəkdikləri üçün casusluqda ittiham edilərək tutulmuşdu. Onlar çəkdikləri şəkillləri “necə də gözəl bir evdir” yazısı ilə İsraildəki yaxınlarına göndəriblər. Cümə axşamı günü isə onların həbsdən azad edilərək geri qaytarıldıqları bəlli olub.
Qeyd edək ki, bu, son 8 ildə İsrail baş naziri və Türkiyə prezidenti arasındakı ilk kontaktdır.
Xatırladaq ki, həmçinin Türkiyə prezidenti və İsrail rejimi prezidenti arasında da telefon danışığı baş tutub.