İsrail BƏƏ-də PUA infrastrukturu qurmağı planlaşdırır

İsrail BƏƏ-də PUA infrastrukturu qurmağı planlaşdırır

İsrail mediası bu rejimin 2 milyon dollarlıq müqavilə ilə BƏƏ-nin şəhər ərazilərində PUA infrastrukturu yaradacağını bildirib.

Az.rasthaber.com xəbər verir ki, “Emirati Leaks” saytının məlumatına görə, bu infrastrukturların yaradılması BƏƏ ilə İsrail rejimi arasında hərbi ittifaqın gücləndirilməsi üçün atılan son təşəbbüslərdən biridir.

İsrailin təhlükəsizlik və hərbi dairələri açıqlayıblar ki, hava məlumatlarının toplanması və təhlili üzrə ixtisaslaşan “Aerobotics” adlı İsrail şirkətinə BƏƏ dövlət qurumu üçün şəhərlərdə pilotsuz uçuş aparatlarından istifadə etməklə bir sıra dronlarla bağlı infrastruktur yaratmaq tapşırılıb.

İsrailin “ice” saytında bildirilib ki, pilotsuz təyyarələr üçün təhlükəsiz infrastruktur vasitəsilə hava məlumatlarını toplayıb təhlil edən “Aerobotics” BƏƏ-də bu dövlət qurumuna xidmət göstərəcək.

Bu sayt əlavə edib ki, bu İsrail şirkətinin təklif etdiyi sistemlər və xidmətlər BƏƏ tərəfindən Expo Dubai-də sınaqdan keçirilib və bu sistemlər ağıllı dron şəbəkəsi kimi fəaliyyət göstərir.

Xəbəri paylaş

VİDEOLAR