İsrail Avstraliya səfirini Qüdslə bağlı qərarına görə Təl-Əvivdə XİN-ə çağırıb

İsrail Avstraliya səfirini Qüdslə bağlı qərarına görə Təl-Əvivdə XİN-ə çağırıb

Avstraliya Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan imtina etdikdən sonra bu ölkənin səfiri Təl-Əvivdə XİN-ə çağırılıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Avstraliyanın Təl-Əvivdəki səfiri XİN-ə çağırılıb və İsrail hökumətinin etirazı rəsmi Kanberranın nümayəndəsinə bildirilib.

Bu addıma səbəb Avstraliya hökumətinin Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan imtina etməsi olub.

Avstraliya əvvəlki Mühafizəkarlar hökumətinin verdiyi mübahisəli qərarı ləğv edərək, Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanımayacağını açıqlayıb.

Dövlət katibi Penni Vonq açıqlamasında deyib: “Qüds İsrail və Fələstin xalqı arasında istənilən sülh danışıqlarının bir hissəsi kimi həll edilməli olan yekun status məsələsidir”

Qeyd edək ki, ABŞ hökuməti Donald Tramp dövründə Qüdsü İsrailin paytaxtı, Suriyanın Colan Yüksəkliklərini də İsrailin ərazisi kimi tanıyıb. Bundan sonra bir sıra dövlətlər eyni addımı atıblar.

Xəbəri paylaş

VİDEOLAR