İsrailin baş naziri Yair Lapid ABŞ rəhbərliyinə İranla nüvə sazişinin bərpa edilməsi ilə bağlı məktub ünvanlayıb və ABŞ-ın nüvə sazişinin layihəsində İrana edilən güzəştlərin mahiyyətini (və təhlükəsini) başa düşmədiyini bildirib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Yair Lapid ABŞ rəhbərliyinə məktub ünvanlayaraq Vaşinqtonun İranla nüvə sazişini bərpa etmək planını tənqid edib.
Yair Lapid bu məktubda vasitəçi olan Avropa tərəfinin təqdim etdiyi layihədə İranın xeyrinə olan güzəştlərdən söz açıb və iddia edib ki, ABŞ bu güzəştlərin mahiyyətini (və təhlükəsini) hələ başa düşməyib.
Qeyd edək ki, İsrail İranla nüvə sazişinin bərpasını istəməyən və ona sərt reaksiya verən əsas tərəfdir.
Məlumata görə Yair Lapid ABŞ rəhbərliyinə başqa mesajda əldə ediləcək sazişə boyun qoymayacağını bildirib.