İsrail rejimi Fələstinin işğal altındakı ərazilərindəki təxminən 500 məzarlığa fərqli-fərqli hücumlar edib.
Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, bu barədə əl-Əqsa məscidinin xətibi şeyx İkrim Səbri bəyan edib.
O deyib ki, hazırda da İsrail rejimi Qüds şəhərindəki əl-Yusifiyyə qəbiristanlığına hücum edir və oranı parka çevirməyə çalışır.
“Məzarlıqlar bizim bu torpaqlara tarixi sahibliyimizi isbat edir. Ona görə də işğalçı rejim hətta ölülərə qarşı da təcavüzə yol verir və yəhudiləşdirmə yolu ilə bu artefaktları yox etməyə çalışır”, - deyə şeyx İkrib Səbri qeyd edib.
“Əgər heç olmasa, 1 müsəlman yəhudi məzarlığına hücum etsə idi, o zaman bütün dünya bu barədə faryad edib çığırardı. Onlar isə müsəlman qəbirlərini məhv edən, heç kim heç nə demir”, - deyə o əlavə edib.