1995-ci ildən 5 aprel tarixi Fələstində “Fələstinli Uşaqlar Günü” elan edilib.
Rastahber Azərbaycan xəbər verir ki, İsrail 2000-ci ilin sentyabr ayından bəri 2 103 fələstinli uşağı qətlə yetirib və minlərlə uşağı həbs edib.
Qeyd edək ki, 1995-ci ildən 5 aprel tarixi Fələstində “Fələstinli Uşaqlar Günü” elan edilib.
Həmin zamandan bəri İsrailin fələstinli uşaqlara qarşı zorakılığı azalmaq əvəzinə, daha da şiddətlənir.
Beynəlxalq hüquq normalarını gözardı edən İsrail Fələstin torpaqlarının işğalını artırmağa davam edir. Bundan ən çox zərər görənlərdən biri də məhz fələstinli uşaqlardır.
İsrailin törətdiyi kütləvi qırğınların əksər hissəsində Qəzzada başverib.
2000-ci ildən bəri qətlə yetirilən uşaqların 1673-ü Qəzzada, 430-u İordan çayının Qərb sahilində və Qüds şəhərinin şərq hissəsində qətlə yetirilib.
İsralin Qəzzada keçirdiyi “Tökmə qurğuşun” hərbi əməliyyatında 344, “Buludlu sütun” hərbi əməliyyatında 33, “Müdafiə zonası” hərbi əməliyyatında isə 548 uşaq qətlə yetirilib.
Bundan başqa, İsrailin 2021-ci ilin əvvəlindən etibarən 230 fələstinli uşağı həbs edib.
Hazırda İsrail həbsxanalarında təxminən 140 fələstinli uşaq saxlanılır.