İspaniyanın Baş nazirindən Beynəlxalq ictimaiyyətə Fələstinlə bağlı ÇAĞIRIŞ

İspaniyanın Baş nazirindən Beynəlxalq ictimaiyyətə Fələstinlə bağlı ÇAĞIRIŞ

İspaniyanın baş naziri Pedro Sançez ölkəsinin Fələstin dövlətini tanımağa hazır olduğunu bəyan edib və beynəlxalq ictimaiyyətin Fələstinin varlığını tanımadan ona kömək edə bilməyəcəyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, İspaniya parlamentində müxalifətin hökumətə suallarının cavablandırıldığı iclasda çıxış edən Sançes Fələstini yaydan əvvəl tanıyacaqlarını təkrarlayıb və bunun zəruriliyini müdafiə edib.

"Əsrin ən acınacaqlı insan fəlakətlərindən birinin" Qəzzada baş verdiyini qeyd edən Sançez, İsrailin dünyanı və Yaxın Şərqi sabitliyi pozmaqla təhdid etdiyini və onilliklər boyu insan haqlarını məhv etdiyini bildirib.


Beynəlxalq ictimaiyyətin Fələstinin varlığını tanımadan ona kömək edə bilməyəcəyini vurğulayan Sançez deyib:

"İspaniya Fələstin dövlətini tanımağa hazırdır".

Sançes aprelin 11 və 12-də Polşa, Norveç, İrlandiya, aprelin 16-da isə Sloveniyaya səfər edərək, Fələstin dövlətinin tanınması və iki dövlətli həll yoluna əsaslanan beynəlxalq sülh konfransının təşkili üçün dəstək istəyib.

Xəbəri paylaş

VİDEOLAR