«ABŞ-ın planı budur ki, İranı sünni əhli dünyası ilə qarşı-qarşıya qoysun. Buna görə, elə etməliyik ki, İranın təhlükəsizliyi pozulmasın».
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general İsmayıl Qaani tvittdə yazıb.
General Qaani sonra yazıb ki, İran Əfqanıstan məsələsinin müharibə yolu ilə həll olunmamasına və bütün qövmlərin bu ölkənin idarəsində iştirak etməsinə çalışır.
General Qaani bu gün həmçinin İran İslam Şurası Məclisinin Əfqanıstan olaylarına həsr olunmuş qapalı iclasında iştirak edib.