Sionist İsrail rejiminin Qəzza zolağının qərbindəki Əl-Şati Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin bacısı şəhid olub.
Az.rasthaber.com xəbər verir ki, Qətərdə yerləşən Əl-Cəzirə xəbər agentliyinin məlumatına görə, soyqırım törədən İsrail ordusuna aid təyyarələr Şati Qaçqınlar Düşərgəsindəki Haniyə ailəsinə məxsus evə hava hücumu həyata keçirib.
Hücum zamanı ev tamamilə dağılarkən, ən azı 10 ailə üzvü şəhid və yaralanıb.
Qəzza şəhərindəki Muammedani xəstəxanasındakı mənbələr də şəhidlər arasında Haniyənin bacısı Zəhr Abdusselam Haniyenin olduğunu bildirib.
İsrail ordusu Qurban bayramı zamanı Qəzza şəhərinin qərbindəki Əl-Şati qaçqın düşərgəsinin sakinləri ilə bayramı qeyd etməyə gedən Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ailə üzvlərinin çoxunun olduğu avtomobili vurub. Hücum zamanı Haniyənin 3 oğlu və 4 nəvəsi şəhid olub.