İsmayıl Haniyə Tehranda şəhid edildi

İsmayıl Haniyə Tehranda şəhid edildi

HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində qətlə yetirilib

Az.rasthaber.com-un verdiyi xəbərə görə, HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində şəhid edilib.

Mehr agentliyi bildirir ki, İslam İnqilabı Keşikçiləri Korpusu bu barədə açıqlama verib.

Bildirilir ki, bu gün səhər saatlarında Tehrandakı iqamətgah raket hücumuna məruz qalıb.

Hücum nəticəsində yalnız Haniyə deyil, onun mühafizəçilərindən biri də həlak olub. Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır. İslam İnqilabı Keşikçiləri Korpusu hadisənin arxasında kimlərin dayandığını və səbəblərini öyrənmək üçün əlavə məlumat təqdim etməyib.

Xəbəri paylaş

VİDEOLAR