İsmayıl Haniyə: İran Fələstin xalqına dəstək yolunu davam etdirir

İsmayıl Haniyə: İran Fələstin xalqına dəstək yolunu davam etdirir

HƏMAS-ın Siyasi Ofisinin rəhbəri deyib: “Mübarək Ramazan ayında Tehrana səfərimiz zamanı cənab Prezidentlə görüşümüz oldu və o, bir daha İran İslam Respublikasının Fələstin xalqı ilə bağlı sabit mövqeyini vurğuladı və biz də dinlədik.”

Az.rasthaber.com xəbər verir ki, İsmayıl Haniyyə bu gün (çərşənbə) səhər saatlarında Tehran Universitetində şəhid Prezidentin və yoldaşlarının cənazəsinin dəfn mərasimində deyib: “Ey əziz qardaşlar! Sizi salamlayıram və elan edirəm ki, Mən müqavimətçi Fələstin xalqı adından İranın şəhid Prezidenti və Xarici İşlər nazirinin dəfn mərasimində iştirak etmək, onunla birlikdə olan insanların şəhadəti və bu ilahi təqdirlə bağlı başsağlığı vermək üçün gəlmişəm. Uca Allahdan Öz geniş rəhmətini onlara şamil etməsini və onlar üçün cənnətdə yer verməsini diləyirəm.” O, əlavə edib: “Mübarək Ramazan ayında Tehrana səfərimiz zamanı cənab Prezidentlə görüşümüz oldu. O, bir daha İran İslam Respublikasının Fələstin xalqı ilə bağlı sabit mövqeyini vurğuladı və biz də dinlədik. Bu görüşdə bir neçə məsələni qeyd etdilər ki, mən onlardan üç məsələyə işarə edirəm.” Həniyyə bildirib: “Fələstindəki müqavimət İslam ümmətinin müqavimətinin ilk səngəridir. Biz İran İslam Respublikasında müqavimətin tələbinin reallaşması üçün müqaviməti dəstəkləməyə davam edəcəyik.” HƏMAS-ın Siyasi Ofisinin rəhbəri deyib: “Onun və bizim gördüyümüz kimi, Əl-Əqsa Tufanı sionist rejimin ürəyini hədəf alan və qlobal səviyyədə tarixi dəyişiklik yaradan bir döyüş idi. Fələstin xalqı və qəhrəman Qəzzə əhalisi Fələstin və Qüdsi-şərif tam azad olunana qədər bu döyüşü davam etdirəcək.” İsmayıl Həniyyə çıxışının sonunda deyib: “Sonda bir daha xalqın, müqavimət oxunun liderləri və Fələstin müqavimət qruplarının hüzurunda deyirəm: Əminik ki, qürurla zəfər və tövhid bayrağını Məscidül-Əqsa və Qüdsi-şərifin günbəzləri üzərində qaldırdığımız günə qədər, İran İslam Respublikası Fələstin xalqını, onun siyasətini və strateji dəyərlərini İnqilabın Ali Rəhbəri və onun rəsmiləri tərəfindən dəstəkləməkdə davam edəcək.”

Xəbəri paylaş

VİDEOLAR