İsmayıl Haniyə Hüseyn Salamiyə təşəkkür etdi

İsmayıl Haniyə Hüseyn Salamiyə təşəkkür etdi

Hüseyn Salami dünən gecə Fələstin müqavimət hərəkatı HƏMAS-ın siyasi rəhbəri İsmayıl Haniyə ilə telefonla danışıb.

Rasthaber Azərbaycan xəbər verir ki, İran İslam İnqilabı Keşikçilər Korpusunun komandanı general Hüseyn Salami dünən gecə Fələstin müqavimət hərəkatı HƏMAS-ın siyasi rəhbəri İsmayıl Haniyə ilə telefonla danışıb.
Telefon danışığında İsrail və Fələstin arasında son döyüşlər və nəticələri müzakirə olunub.
İranlı general Fəlıəstin müqaviməti və xalqının sionistlərə qarşı duruşunu və mübarizəsini tərifləyərək sionistlərin atəşkəs istəklərini Fəlıəstinin zəfəri adlandırıb.
HƏMAS-ın siyasi rəhbəri İsmayıl Haniyə də İranın siyasi və meydandakı dəstəyinə görə təşəkkür edib.

Xəbəri paylaş

VİDEOLAR