İsmayıl Haniyə Həmasa 15 milyard dollar təklifini niyə rədd etdiklərini açıqladı

İsmayıl Haniyə Həmasa 15 milyard dollar təklifini niyə rədd etdiklərini açıqladı

Həmas lideri İsmail Haniyə müsahibəsində bu məsələyə aydınlıq gətirib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Həmas lideri  İsmail Haniyə "Lusil" saytı ilə müsahibədə deyib: "Trampın "əsrin sövdələşməsi" planı çərçivəsində hava və dəniz limanları və sairin tikintisinə şamil olan Qəzza zolağında plan və layihələrin icrası məqsədilə Həmas hərəkatına 15 milyard dollar təklif olunub"

Bu təklifi rədd etdiklərini bildirən Haniyə "Amerika həmin məbləğ qarşılığında Fələstin müqavimətinin tərkisilahı və onun Qəzza zolağı məsələləri idarəsi və polis qüvvələrinə birləşdirilməsini, həmçinin bütün müqavimət metodlarına son qoyulması və fələstinlilərin Qüdsə göz yummasını istədi.", -deyə əlavə edib.

Haniyə vurğulayıb ki, Həmas nə "əsrin sövdələşməsi" planını, nə də bu istiqamətdəki heç bir təklifi qəbul etməyəcəkdir.

"Əsrin sövdələşməsi" planını təqdim edən Amerika hökuməti fələstinlilərə pul vəd verməklə onların, bu plana himayələrini əldə etmək niyyətindədir. Amma indiyədək heç bir fələstinli qrup bu planla razılaşmayıb.

Xəbəri paylaş

VİDEOLAR