İsmayıl Haniyə: Fələstin boyun əyən deyil!

İsmayıl Haniyə: Fələstin boyun əyən deyil!

HƏMAS hərəkatının siyasi işlər üzrə lideri İsmayıl Haniyə son günlər İsrail polisinin fələstinlilərə hücumuna münasibət bildirib

HƏMAS hərəkatının siyasi işlər üzrə lideri İsmayıl Haniyə son günlər İsrail polisinin fələstinlilərə hücumuna, xüsusilə dünən 105 nəfərin yaralanmasına səbəb olan olaya münasibət bildirib.

Rasthaber Azərbaycan xəbər verir ki, Haniyə bu hücumları pisləyərək "Qüds məsələsi, bir mədəniyyət, kimlik və varolma mübarizəsidir. İşğal altında olan bir xalqın işğalçılarla mübarizədir. Qüds xalqını, torpaqlarını və müqəddəs dəyərləri müdafiə edəcəyik. Qüdsün ərəb və İslami kimliyini konkretləşdirəcəyik. Fələstinlilər mübarizəsində tək deyillər.", -deyə qeyd edib.

Haniyə həmçinin "Müqəddəs şəhərdə baş verənlər, bu şəhərin Fələstin, Ərəb və İslami bir yer olduğunu və İsrail işğalına və faşist siyasətinə boyun əyməsinin mümkün olmadığını vurğulayır.", -deyə əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR