İslami Cihad Hərəkatının (İCH) siyasi ofisinin üzvü Xalid əl-Bətş təsdiqləyib ki, Müqavimət fələstinli dustaqları İsral rejiminin zindan sisteminin özbaşınalıq və zorakılıqları müqabilində tək buraxmayacaq.
Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, o deyib ki, əgər İsrail Müqavimətin yeni mübadilə sazişi ilə bağlı şərtlərini yerinə yetirməsə, İCH yeni İsrail əsgərlərini əsir götürəcək.
Əl-Bətş qeyd edib ki, sabahdan başlayaraq İCH fəallarının etiraz əlaməti olaraq keçirdiyi aclıq aksiyasına Müqavimətin digər əsir düşmüş üzvləri də qoşulacaq.
İCH-ın mətbuat katibi Fəuzi Bərhum da öz bəyan edib ki, İsrail zindanlarında saxlanılan bütün qəhrəman fələstinli dustaqlar azad edilməlidirlər.