“İslami Cihad” (İC) hərəkatı İsrail rejiminin fələstinlilərin qanını tökməyə davam etdiyini bəyan edib.
Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, bu həftə İordan çayının Qərb sahilindəki Tubas şəhərində Səddam Bəni Audanın rejim tərəfindən qətlə yetirilməsini şərh edərkən İC öz rəsmi bəyanatında “düşmənlə bütün əlçatan vasitələrlə genişmiqyaslı mübarizənin aktivləşdirilməsi zərurətini” təsdiq edib.
“Xalqımız və onun torpaqlarını müdafiə etməyə və Fələstinin işğal çirkabından təmizlənməsi naminə bütün mümkün addımları atmağa davam edəcəyik”, - deyə qeyd edilib.
Əlavə edilib ki, “müqavimət və cihad xalqımızın arzuladığı azadlığın əldə edilməsinin ən qısa yolu olaraq qalmağa davam edəcək”.