İslami Cihad: Şəhidlərin qanı yerdə qalmayacaq

İslami Cihad: Şəhidlərin qanı yerdə qalmayacaq

Fələstin İslami Cihad Hərəkatı fələstinli şəhidlərin qanının yerdə qalmayacağını və sionist işğalçıların buna görə cavab verəcəklərini bildirib.

Az.rasthaber.com xəbər verir ki, Fələstin İslami Cihad hərəkatı, Cenin qərbindəki Barkin qəsəbəsində yaşayan 18 yaşlı Əhməd Məhəmməd Fəthinin şəhadəti ilə bağlı yaydığı başsağlığı mesajında, sionist düşmənin Fələstin xalqını qətliam etdiyini və dünya ictimaiyyətinin gözü qarşısında müxtəlif yollarla terror aktlarını davam etdirdiyini bildirib. 
Bəyanatda Fələstin xalqının sionist əsgərlər və köçkünlərə qarşı müqavimətinin artırılması vurğulanaraq, Fələstin xalqının sionist işğalçıların qətllərini cavabsız qoymayacağı bildirilib.

Xəbəri paylaş

VİDEOLAR