Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad əl-Nehale Ümumdünya Qüds Günü yürüşündəki çıxışında bildirib ki, bu gün müqavimət oxunun bütün cəbhələri sionist düşmənə qarşı birləşib.
Az.rasthaber.com xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatının baş katibi deyib:
“Biz Fələstin xalqının sabitliyi və müqaviməti ilə birlikdə bu cəbhələrdə qalib gələcəyik”.
Ziyad əl-Nəhale deyib:
“Müqavimət oxu indi güclüdür və Cənubi Livan, Yəmən və İraqda həyata keçirilən əməliyyatlar bu oxun birliyini, gücünü və İsrailə qarşı mübarizədə hazır olduğunu təsdiqləyir”.
Fələstin İslami Cihad Hərəkatının baş katibi daha əvvəl bəyan etmişdi ki, onlar Ümumdünya Qüds Gününü millətin, onun döyüşçülərinin və hədəflərinin birliyini gücləndirmək üçün bir məntəqəyə çevirməlidirlər.
Ziyad əl-Nəhale çıxışının sonunda dedi:
“Qəzza qəhrəman xalqı və döyüşçüləri ilə qalacaq, millətimizin Qüds uğrunda mübarizəsində dönüş nöqtəsi olaraq qalacaq və Allahın köməyi ilə ayağa qalxacaq və qalib gələcək. "