17.03.2022 18:07:42
Fələstin İslami Cihad Hərəkatının sözçüsü, müqavimətin İslamın müqəddəs yerlərini müdafiə etməyə hazır olduğunu vurğulayıb.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatının İordan çayının qərb sahilindəki sözçüsü Tarix İzzəddin işğalçı rejimin təcavüzünün bu rejimlə qeyri-müəyyən qarşıdurmaya səbəb olacağını bildirib.
Tarik İzzəddin əl-Məyadinlə müsahibəsində bildirib:
"İşğalçı rejimin təcavüzünə qarşı müqavimət heç vaxt geridə planda qalmayacaq. Müqavimət nəyin bahasına olursa olsun müqəddəs yerləri müdafiə etməyə hazırdır".
Sözçü fələstinliləri müqəddəs yerləri müdafiə etmək üçün Məscidül-Əqsada toplaşmağa çağırıb.
Sionist hərbçilər çərşənbə axşamı səhər saatlarında İordan çayının qərb sahilindəki Nablus şəhərinin şərqindəki Balata düşərgəsinə hücum edərək, 17 yaşlı fələstinli Nader Haitham Ryanı qətlə yetiriblər.