İslami Cihad: İşğal davam etdiyi müddətə qədər mübarizə də davam edəcək

İslami Cihad: İşğal davam etdiyi müddətə qədər mübarizə də davam edəcək

Fələstin ərazisinin hətta bir qarışı belə, işğal altında olacağı zamanadək işğalçılarla mübarizə davam edəcək.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbərinə görə, bunu İslami Cihad Hərəkatının tanınmış üzvü Yusif Əlhusaynə deyib.

O qeyd edib ki, müqavimət prosesi və sionist rejimlə döyüşün gücləndirilməsi bu rejimin mütəşəkkil terrorizmi ilə mübarizə üçün təbii və real bir prosesdir.

Əlhusaynənin sözlərinə görə, irqçi sionist rejimə qarşı ardıcıl mübarizə və müqavimət xaricində heç bir milli azadlıq və ləyaqət mövcud deyil.

"Sionist düşmənlə sülh və həll prosesi bu qəsbkar rejimin ömrünü və böhran müddətini daha da uzatmaq üçündür və bu sülh Fələstinin yerdə qalan bölgələrini işğal etmək, müqəddəsləri yəhudiləşdirmək, fələstinliləri məyus etmək və onları öz ölkələrindən icbari surətdə köçürmək üçün sionist rejimə daha artıq fürsət verəcək", - deyə Fələstin İslami Cihad Hərəkatının üzvü vurğulayıb.

Əlhusaynə bildirib  ki, Fələstin xalqı keçmişdəki kimi mübarizə və müqavimət meydanlarında iştirak edəcək və təslim olmağa və qəsbkar sionist rejimi rəsmən tanımağa qarşı çıxacaq.

 

Xəbəri paylaş

VİDEOLAR