Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Nəhalə qatil İsrail ordusunun Qəzza zolağına hücumlara başlamasının 1-ci ildönümü ilə bağlı açıqlama verib.
Az.rastahber.com xəbər verir ki, İslami Cihad Hərəkatının baş katibi Nahalə deyib:
"İslami Cihad, Həmas və digər qrupların İsrail həbsxanalarında saxlanılan fələstinlilərin azad edilməsini təmin etmək üçün kifayət qədər (İsrailli) əsirləri var".
Hücumların başladığı gündən müqavimət qüvvələrini birləşdirməyə qərar verdiklərini ifadə edən Nahalə bildirib:
"Həmas siyasi müharibəni idarə etmək səlahiyyətinə malikdir".
Nahalə, İsrailin əsir mübadiləsi və atəşkəs razılaşması ilə bağlı öhdəliklərindən yayındığını və müqavimət qruplarını təslim olmağa məcbur edəcək şərtlər qoymağa çalışdığını bildirib.
Nahle, qatil İsrail ordusunun Qəzzadan tamamilə çıxarılması şərtini təkrarlayaraq, Qəzzanın yenidən qurulması və İsrail həbsxanalarındakı fələstinlilərin azad edilməsi üçün əsir mübadiləsi razılaşmasının əldə oluna biləcəyinə diqqət çəkib.
Nahle Fələstin müqavimət qüvvələrinin birliyinin qələbə üçün əvəzsiz olduğuna diqqət çəkərək, Fələstin xalqının birliyinin İsraillə mübarizə üçün ən mühüm vəzifələrdən biri olduğunu bəyan edib.