Fələstinin İslami Cihad hərəkatı İordan çayının Qərb sahilində İsrail rejimi tərəfindən şəhid edilən 17 yaşlı fələstinli Məhəmməd Əbu Salahla bağlı başsağlığı verib.
Az.rasthaber.com "palinfo"-ya istinadən xəbər verir ki, bəyan edilib ki, gənc fələstinlinin qətlə yetirilməsi İsrail rejiminin həyata keçirdiyi dəhşətli terrorçuluğu nümayiş etdirir.
Hərəkat qeyd edib ki, Fələstin xalqı Müqavimət və Cihad yolunu davam etdirəcək.
Əlavə edilib ki, sionist rejimin cinayətləri fələstinliləri öz mübarizələrindən geri döndərə bilməyəcək.