İslami Cihad: Fələstin xalqı İranın dəstəyi olmadan müqavimətə davam edə bilməzdi

İslami Cihad: Fələstin xalqı İranın dəstəyi olmadan müqavimətə davam edə bilməzdi

Fələstin İslami Cihad Hərəkatının baş katibi İranın ötən aylarda mühüm rol oynadığını və Fələstin müqavimətinin yanında olduğunu bildirib və deyib: İranın dəstəyi olmasaydı, Fələstin milləti ayaqda qalmazdı.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Nahle şənbə günü Tehranda görüşüb.

Ziad Nahle bu görüşdən sonra keçirilən mətbuat konfransında deyib:

"İran ötən aylarda mühüm rol oynayıb və Fələstin müqavimətinin yanında olub. Hücum başlayandan cənab nazir məsələləri izləyirdi.

Bu gözlədiyimiz bir şey idi və bizim üçün sürpriz olmadı. İran İslam İnqilabının qələbəsindən sonra Fələstin xalqının yanında olub və Fələstin xalqını və onun müqavimətini müdafiə etməyə davam edir və bunu hamı bilir.

İran bunun əvəzini də ödəyir. İrana qarşı çoxlu sanksiyalar tətbiq edilib.

Bu, İranın mövqeyini ortaya qoyan və İranın Fələstin millətinin tərəfdarı olduğunu göstərən məsələdir. Fələstin xalqı İranın dəstəyi olmadan müqavimətə davam edə bilməzdi.

Hər mərhələdə bizə dəstək oldular. Mən həmişə ədalətin yanında olan əziz İran xalqına və Fələstin xalqına təşəkkür etmək istəyirəm. İslam İnqilabının səlahiyyətlilərinə və Rəhbərə ürəkdən təşəkkür etmək istəyirəm. Ümid edirəm ki, növbəti görüşümüzdə qalib gələcəyik. Əl-Əqsa tufanı döyüşünün sonunda və qələbə qazandığımız zaman sizinlə görüşəcəyik”.

Xəbəri paylaş

VİDEOLAR