Talibana məxsus avtomobil partladılıb
Əfqanıstanın Pərvan əyalətində “Taliban” qüvvələrinə məxsus avtomobil partladılıb.
“Taliban” nümayəndəsi Bilal Kərimin sözlərinə görə, insident Çarikar şəhərində baş verib.
Bildirilib ki, hücumun ardınca regionda hücum edənlərin zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyat keçirilib. Nəticədə İŞİD terror təşkilatının bir neçə üzvü məhv edilib və daha bir neçəsi də ələ keçirilib.
Əlavə edilib ki, partlayış və ondan sonra baş verən toqquşma zamanı bir neçə “talib” xəsarət alıb.
Qeyd edək ki, “Taliban” Əfqanıstan üzərində nəzarəti ələ aldıqdan sorna İŞİD terror təşkilatı bu ölkədəki fəaliyyətini aktivləşdirib.