Suriya media mənbələri İŞİD-in Homsun qərb və şərq bölgələrində cəmi 4 gün ərzində törətdiyi cinayətlərin qurbanı olduğunu açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Əl-Maaluma görə, İŞİD yaraqlıları Homsun qərb və şərqindəki bəzi kəndlərə hücum edərək, öz ərazilərinə getməyə çalışan 13 nəfəri saxlayıb və qurbanlarını güllələrlə hədəfə alaraq edam ediblər.
İŞİD yaraqlıları bu vəhşi qətllərin videoyazılarını da sosial şəbəkələrdə yayıblar. Bu edamlarda həyatını itirənlərin ümumi sayının 100-ə çatdığı bildirilir.
Suriya media mənbələri İŞİD-in bu cinayətləri törədərkən Heyət Təhrir əl-Şam (HTŞ) və digər terrorçu qrupların heç bir etirazı ilə üzləşmədiyini bildirib. Həmçinin qeyd edilib ki, İŞİD-in İraq sərhədinə yaxın ərazilərdə sərbəst hərəkət etməsinə icazə verilməsi ilə bağlı HTŞ ilə koordinasiya şübhəsi var.
Suriyada Bəşər Əsəd hökumətinin Heyət Təhrir əl-Şam tərəfindən devrilməsindən sonra cinayətlər və küçə edamları yenidən artıb.