İraq Ordusunun keçirdiyi uğurlu əməliyyatla İŞİD terrorçularının liderlərindən biri həbs olunub
Rasthaber Azərbaycan xəbər verir ki, İraq Ordusunun Əl-Anbar əyalətinin Al-Qaim şəhərində keçirdiyi uğurlu əməliyyatla İŞİD terrorçularının liderlərindən biri həbs olunub.
Bu haqda İraq mediası məlumat yayıb. İraq Kəşfiyyatı məlumatı mediaya ötürsə də, həbs olunanın kimliyi açıqlanmır.
Qeyd edək ki, İraq hərbçiləri və Haşdi Şabi İŞİD terrorçularının 9 sığınacağını yerlə yeksan ediblər.