Yaralılar xəstəxanaya çatdırılıb.
Rasthaber Azərbaycan xəbər verir ki, İŞİD terror təşkilatının Qərbi Afrika qanadı Nigeriyada azı 10 hərbçi qətlə yetiriblər.
“Biz 10 xüsusi təyinatlımızı itirdik, terrorçular bizə qəfildən hücum etdilər”, – deyə hərbi mənbədən bildirilib.
Qeyd edilir ki, terrorçularla hərbçilər arasındakı döyüş Borno ştatının Qarin Qiva qəsəbəsinin yaxınlığında baş verib və təxminən 2 saat davam edib. Terrorçular silahla dolu iki yük maşınını da ələ keçirə biliblər. Yaralılar xəstəxanaya çatdırılıb.