İŞİD üzvləri Nigeriya ordusuna məxusus silah və sursatı ələ keçirib
Rasthaber Azərbaycan eastnews-a istinadən xəbər verir ki, ötən gün İŞİD terrorçuları Nigeriyanın şimal-şərqində yerləşən Monquno şəhərini ələ keçirib.
Bu barədə İŞİD terrorçuları özlərinə məxsus sosial şəbəkə hesablarında məlumat verib.
Məlumata əsasən, İŞİD terrorçuların Monquno şəhərinə iki istiqamətdən hücum edib.
Terrorçuların hücumları minaatanlarla dəstəklənib. Hücum nəticəsində azı 23 hərbçi və yerli özünü müdafiə qüvvələrinin üzvləri öldürülüb.
İŞİD üzvləri Nigeriya ordusuna məxusus silah və sursatı ələ keçirib bir sıra obyektləri dağıdıb.