5 nəfər İŞİD terrorçusu saxlanılaraq, istintaqa təhvil verilib.
Rasthaber Azərbaycan eastnews-a istinadən verdiyi xəbərə görə, Livanın paytaxtı Beyrut şəhərində İŞİD terrorçularına qarşı xüsusi əməliyyat keçirilib.
Bu barədə Livan Dövlət Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Məlumatda vurğulanır ki, keçirilən əməliyyat zamanı 5 nəfər İŞİD terrorçusu saxlanılaraq, istintaqa təhvil verilib.
Saxlanılan şəxslər ilkin ifadələri zamanı Livanda keçirilən aksiyalar zamanı terror aktı etmək istədiklərini etiraf ediblər.
Dövlət Təhlükəsizlik Nazirliyi əməliyyatı daxil olan kəşfiyyat məlumatları əsasında keçirdiklərini diqqətə çatdırıb.