İraq Kürdüstanının Peşmərgə qüvvələri Süleymaniyyə əyalətinin cənubunda yerləşən Hələbcə şəhəri yaxınlığında anti-terror əməliyyatı keçirib.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, əməliyyat zamanı İŞİD terror təşkilatının liderlərindən biri ələ keçirilib.
Həmçinin Hələbcə və yaxınlıqdakı ərazilərdə İŞİD-lə əlaqədə şübhəli bilinən 25 nəfər də tutulub.
Əməliyyat İŞİD terrorçularının son zamanlarda artan fəallığının fonunda baş tutub.