Bu barədə İraq Baş naziri Mustafa əl-Kazımi məlumat verib.
Az.rasthaber.com RT-a istinadən xəbər verir ki, İraqda İŞİD terror təşkilatının başçısının keçmiş müavini Sami Cəsim həbs edilib.
O qeyd edib ki, ölkənin kəşfiyyat xidməti İraqdan kənarda ən mürəkkəb əməliyyatlardan birini həyata keçirib.
Adıçəkilən terrorçu Əbu Bəkr əl-Bağdadinin müavini olmaqla yanaşı, həm də İŞİD terror təşkilatının maliyyə nəzarətçisi idi.