İŞİD liderinin casus olduğu təsdiqləndi

İŞİD liderinin casus olduğu təsdiqləndi

İctimaiyyət terrorçu lideri Əbu İbrahim əl-Haşimi əl-Qureyşi olaraq tanıyır.

Rasthaber Azərbaycan eastnews-a istinadlı xəbərinə görə, İŞİD terrorçu qruplaşmasının hazırkı liderinin ABŞ casusu olması məxfi sənədlərlə sübut edilib.  

Belə ki, ABŞ-ın nüfuzlu "Washington Post" qəzeti tirajladığı xəbərində bildirib ki, İŞİD liderinin 2007-ci ildə ABŞ tərəfindən İraqda saxlanılan zaman casusluq fəaliyyəti barəsində öhdəlik götürüb.  

Qəzet yazır: ""060108-01" nömrəli məhkum ABŞ müstəntiqləri tərəfindən dinlənilən zaman gizli əməkdaşlıq barəsində yola gətirilib. O, İŞİD-in o dövrdəki qərargahı, digər rəqib terrorçu qruplaşmalar barəsində məlumatlar və başqa məsələlər ilə bağlı vaxtaşarı ABŞ-a məlumat ötürüb".  

Rəsmi sənədlərdə İŞİD-in hazırda lideri olan cinayətkarın əsl adının Əmir Məhəmməd Səid Əbdürrəhman əl-Mövladır.  

Xatırladaq ki, ictimaiyyət terrorçu lideri Əbu İbrahim əl-Haşimi əl-Qureyşi olaraq tanıyır. 

Xəbəri paylaş

VİDEOLAR