İraqın Kərkük şəhərində terror təşkilatı İŞİD-in federal polis qüvvələrinə qarşı həyata keçirdiyi hücum nəticəsində 2 polis əməkdaşı həlak olub.
Rasthaber Azərbaycan xəbər verir ki, Kərkük Polis İdarəsinin mətbuat katibi Əmir Nuri şəhərin cənubundakı Ər-Riyad qəsəbəsi yaxınlığında İraq federal polisinə məxsus müşahidə məntəqəsinə silahlı hücumun təşkil edildiyini açıqlayıb.
Ə.Nuri hücumun terror təşkilatı İŞİD tərəfindən Əhməd ət-Təyyar kəndi yaxınlığındakı müşahidə məntəqəsində həyata keçirildiyini, yüngül silahların atıldığı hücum nəticəsində 2 polisin öldüyünü, 1 polisin isə ağır yaralandığını bildirib.
Hücumdan sonra təhqiqat başladıldığını qeyd edən Nuri yaxın zamanda bölgədə əməliyyata başlanılacağını qeyd edib.