Əfqanıstanın paytaxtı Kabildə törədilən hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.
Az.rasthaber.com xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabildə şiələrin sıx məskunlaşdığı Daşt-e Berçi məhəlləsində törədilən və 1 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.
Əfqanıstan mediası dünən Kabilin Daşt-e Berçi məhəlləsində güclü partlayışın baş verdiyini yazıb. Yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verən hadisədə bir avtomobil hədəf alınaraq məhv edilib.