İŞİD İraqda kəndə qanlı hücum etdi

İŞİD İraqda kəndə qanlı hücum etdi

İŞİD terrorçuları İraqın Diyalə əyalətindəki kəndlərdən birinə hücum ediblər.

Az.rasthaber.com AFP-a istinadən xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik xidmətindəki mənbədən məlumat verilib.

Terror hücumu nəticəsində 11 dinc sakin qətlə yetirilib, həmçinin 13 nəfər də yaralanıb.

Digər bir mənbənin məlumatına görə, yaşayış məntəqəsi ərazisində çox sayda təhlükəsizlik xidməti əməkdaşı yaşayırdı.

Kəndin mühafizə altına alındığı, hücum edənlərin axtarışının aparıldığı qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR