İŞİD-in İraqın Diyalə vilayətinin Əlmiqdadiyyə rayonunun Əlrəşad kəndinə qarşı terror hücumundan sonra Livan Hizbullahı dünən bir bəyanatda bu hücumu pisləyib və İŞİD-i İraqa qarşı ən təhlükəli təhdidlərdən biri adlandırıb.
Az.rasthaber.com İran mediasına isstinadən xəbər verir ki, bəyanatda deyilir:
"Bu terror hücumu göstərdi ki, İŞİD terror qrupu İraqı və bu ölkənin milli birliyini hədələyən ən böyük təhlükələrdən biri olmaqda davam edir və İŞİD-i himayə edən ölkələr İraqa, həmçinin bu ölkənin təhlükəsizliyi və sabitliyinə qarşı təcavüzlərini davam etdirirlər".
Bəyanatda sonra belə qeyd edilir: "Bu cinayət iraqlıların birliyi, həmrəyliyi, həmçinin İŞİD terrorçularının yerdə qalan ünsürlərinin təqib və məhv edilmələri üzrə səy tələb edir".
İraqın dövləti və xalqı ilə həmrəylik elan edib, bu terror hücumu qurbanlarının ailələrinin kədəri ilə bölüşən Livan Hizbullahı vurğulayıb ki, terrorizmlə mübarizədə uzun keçmişə malik olan İraq xalqı bu hədəfi reallaşdırmağa və İraqı qarşıdan gələn təhlükələrdən qorumağa qadirdir.
İnformasiya mənbələri çərşənbə axşamı günü gecə İŞİD terror qrupu ünsürlərinin İraqın şərqində yerləşən Diyalə vilayətindəki bir neçə kəndə qarşı hücumunu xəbər verdilər. Həmin hücumda on beş nəfərdən çox insan ölüb, on səkkiz nəfər isə yaralanıb.
İŞİD terror qrupunun İraqdakı məğlubiyyətinə rəğmən, terrorçuların qalıqları hələ də bu ölkədə iştirak edirlər.
İraq ordusu və Həşdi Şabi qüvvələri bu ölkənin müxtəlif bölgələrini terror qruplarının işğalından təmziləmək üçün indiyədək xeyli sayda əməliyyat həyata keçirib və bu tədbirlər davam etməkdədir.