İraqın hərbi kəşfiyyat xidməti və anti-terror qüvvələri İŞİD terror təşkilatına qarşı birgə əməliyyat keçirib.
Az.rasthaber.com “ParsToday”-a istinadən xəbər verir ki, ölkənin qərbindəki Ənbar əyalətindəki əməliyyat zamanı İŞİD-in inzibati məsələlər üzrə başçısı ələ keçirilib.
Əbu Seyfə adlı terrorçu İŞİD terror təşkilatının səhralardakı sığınacaqlarını təmin-təchiz etmək və dəstəkləməklə məşğul idi.