Ötən gün İŞİD terrorçuları İraqın Səlahəddin şəhərində polis məntəqəsinə hücum edib.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Təhlükəsizlik Media Şəbəkəsindən verilən yazılı açıqlamada Səlahəddin şəhərindəki polis məntəqəsinə silahlı basqın edildiyi bildirilib.
Açıqlamada İŞİD üzvlərinin istifadə etdiyi avtomobildən nəzarət-buraxılış məntəqəsinə avtomat silahlarla hücum təşkil edildiyi qeyd edilib.
Terror aktı nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Hücumdan dərhal sonra terrorçuların sürətlə oradan ayrıldığı və bölgəyə çoxlu sayda təhlükəsizlik qüvvələrinin cəlb edildiyi açıqlanıb.