İŞİD-çilər İraq ordusuna qanlı hücum törətdi

İŞİD-çilər İraq ordusuna qanlı hücum törətdi

İŞİD terrorçuları İraq Silahlı Qüvvələrinin bazasına hücum ediblər.

Az.rasthaber.com "Shafaq"-a istinadən xəbər verir ki, terror aktı bu gün səhər saatlarında Diyalə əyalətinin əl-Əzim rayonunda törədilib.

İraqlı ordusu mövqelərinin atəşə tutulması nəticəsində 11 hərbçi həyatını itirib, onlarla insan da yaralanıb.

Bölgəyə əlavə hərbçilər cəlb edilib.

Terrorçuların axtarışında ordu, polis və könüllü qüvvələr, həmçinin hərbi aviasiya da iştirak edir.

Xəbəri paylaş

VİDEOLAR