İŞİD-ə bağlı olan qrupun 100-dən çox silahlısı suda boğularaq ölüb

İŞİD-ə bağlı olan qrupun 100-dən çox silahlısı suda boğularaq ölüb

Nigeriyada İŞİD-ə bağlı olduğunu elan etmiş Boko-Haramın 100-dən çox üzvü suda boğularaq ölüb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Nigeriyanın hərbi mənbələri məlumat veriblər.

Bildirilib ki, ötən həftədən ölkənin Borno əyalətində aparılan əməliyyat çərçivəsində Boko-Haram terror təşkilatının yüzlərlə üzvü mühasirəyə düşüb.

Onlar müasirədən çıxıb qaçmaq üçün çaydan keçməli olublar ki, nəticədə onlardan azı 100-ü boğularaq ölüb.

Nigeri Ordusu mənbələri əyalət ərazisində terror qrupuna qarşı əməliyyatın davam etdiyini bildirir.

Qeyd edək ki, Boko-Haram 2016-cı ildə İŞİD-ə bağlılığını elan edib.

Xəbəri paylaş

VİDEOLAR