"İşğalçılara Məscidül-Əqsada yer yoxdur" - HƏMAS

İslami müqavimət hərəkatı HƏMAS sionist rejimin Qüdsdəki təhlükəli və təxribatçı cəhdləri ilə bağlı yazılı açıqlama verib.

Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, İslami Müqavimət Hərəkatı Həmas, sionist mühacirlərin işğalçı İsrail qüvvələrinin himayəsi altında ard-arda Məscidül-Əqsaya basqınlar təşkil etməsinin, sionistlərə zaman və məkan baxımından bölmək planını tamamlanmış plana çevirməyə imkan verməyəcəyini, işğalçıların bu yerin İslami kimliyini dəyişdirə bilməyəcəyini və Fələstin xalqının buranı var gücü ilə müdafiə edəcəyini bildirib.

Həmas bu gün verdiyi açıqlamada bildirilib:

"Düşmənin və mühacirlərin qanun pozuntusunu pisləyərək, onlara xəbərdarlıq edirik ki, bir daha Məscidül-Əqsada qurban kəsmək planı qurmağa çalışmasın və Bayraq Yürüşünü müqəddəs məkanlarımıza yaxınlaşdırmasın",

Sionist rejimin bu cür təhlükəli və təxribatçı cəhdlər nəticəsində yarana biləcək bütün hadisələrə görə məsuliyyət daşıyacağını xatırladan Həmas bildirib: “İşğalçılara və yəhudi mühacirlərə Məscidül-Əqsada yer yoxdur”.

Xəbəri paylaş

VİDEOLAR