İşğalçı İsrail rejiminin əl-Əqsaya hücumu nəticəsində 152 fələstinli yaralanıb

İşğalçı İsrail rejiminin əl-Əqsaya hücumu nəticəsində 152 fələstinli yaralanıb

İşğal altında olan Qüdsdə əl-Əqsa məscidinin daxilində və ətrafında baş verən toqquşmalarda 152 fələstinli yaralanıb və xəsarət alıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Fələstinin Qızıl Aypara Cəmiyyəti bəyanat verib.

Bildirilib ki, İsrail qüvvələri bu gün səhər əl-Əqsa məscidinin içində və ətrafında olan fələstinliləri ərazidən uzaqlaşdırmağa cəhd edib. Baş verən toqquşmada 152 fələstinli yaralanıb və xəsarət alıb.

Səhiyyə mənbələri qeyd ediblər ki, yaralananların çoxu rezin güllələrdən, səs bombaları və dəyənəklərdən xəsarət alanlardır.

Həmçinin onlarla fələstinli burada İsrail qüvvələri tərəfindən həbs edilib.

Fələstin Muxtariyyəti bəyanat verərək, əl-Əqsa məscidində baş verənləri “Fələstin xalqına qarşı müharibə” adlandırıb.

Xəbəri paylaş

VİDEOLAR