ABŞ prezidenti Co Bayden ilə İsrailin yeni baş naziri Yair Lapid arasında ikitərəfli görüş başlayıb. Görüş işğal altında olan Qüdsdə keçirilir.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, tərəflər bu görüşdən sonra mətbuat konfransı keçirəcəklər.
Görüşün müzakirə mövzularından biri İranın nüvə proqramı və Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmaqdır.
Məlumata görə, bu səfərdə İsraildən Səudiyyə Ərəbistanına və geriyə birbaşa uçuşların bərpa edilməsi barədə razılıq əldə ediləcək. Bunun qarşılığında İsrail Səudiyyə Ərəbistanın Tiran və Sənafir adaları üzərində hakimiyyətini tanıyacaq.
Bayden bundan sonra Fələstində Muxtariyyətin rəhbərliyi ilə görüşəcək və daha sonra Səudiyyə Ərəbistanına gedəcək. ABŞ prezidenti Səudiyyə Ərəbistanı səfərində neftin hasilatının artırılmasını hədəfdə tutub.