İrəvani: İranı ittiham edən Fransa İsrailin gizli nüvə proqramına səssiz qalır

İrəvani: İranı ittiham edən Fransa İsrailin gizli nüvə proqramına səssiz qalır

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Fransa xarici işlər nazirinin İranın nüvə silahı hazırlamağa “yaxın” olması ilə bağlı bəyanatlarına sərt reaksiya verib.

Az.rasthaber.com xəbər verir ki, İrəvani BMT Təhlükəsizlik Şurasına və BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubunda bu ittihamların tamamilə əsassız və siyasi motivli olduğunu bildirib.

Mehr Xəbər Agentliyinin məlumatına görə, İrəvani İranın nüvə proqramının tamamilə dinc məqsədli olduğunu və bunun Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müntəzəm yoxlamaları ilə təsdiqləndiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, İran heç vaxt nüvə silahı əldə etmək istəməyib və onun müdafiə doktrinasında belə bir dəyişiklik edilməyib.

İran nümayəndəsi Fransa və onun avropalı tərəfdaşlarını təhdidedici dildən əl çəkməyə və beynəlxalq qanunlara hörmət etməyə çağırıb və əlavə edib ki, Fransa nüvə tərksilahına dair ikili standartlar tətbiq edir və İsrailin gizli nüvə proqramına səssiz qalır.

“Həqiqi diplomatiya təhlükə mühitində aparıla bilməz” deyən İrəvani əlavə edib ki, Qərb ölkələri nüvə sazişinə (JCPOA) qayıtmalı və öz öhdəliklərini yerinə yetirməlidir.

Xəbəri paylaş

VİDEOLAR