İrəvani BAEA-nın qətnaməsində İrana qarşı irəli sürülən iddiaları rədd edib

İrəvani BAEA-nın qətnaməsində İrana qarşı irəli sürülən iddiaları rədd edib

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi BMT Təhlükəsizlik Şurasına ünvanlanmış məktubda Beynəlxalq Atom Enerjisi Agentliyinin Direktorlar Şurasının qətnaməsində İrana qarşı irəli sürülən iddiaları rədd edərək, öz mövqelərini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvaninin Təhlükəsizlik Şurasının dövriyyədəki sədri və həmçinin BMT-nin Baş katibi Antonio Quterreşə yazdığı məktubunda bildirilir: “Avropa üçlüyü İran İslam Respublikasını JCPOA öhdəliklərinə əməl etməməkdə ittiham edirlər. Halbuki, mövcud vəziyyətin əsas səbəbini bilərəkdən görməzlikdən gəlirlər.”

İranın BMT-dəki səfirinin məktubunda qeyd olunur ki, Tehranın islahat tədbirləri görmək qərarı JCPOA-nın 26 və 36-cı bəndlərinə əsasən, onun ayrılmaz hüququna tam uyğundur və ABŞ-ın bu sazişdən birtərəfli qaydada çıxmasına cavab addımıdır.

Xəbəri paylaş

VİDEOLAR